Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Xankəndidə silah-sursat aşkarlandı

960
Paylaş:
Xankəndidə silah-sursat aşkarlandı

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 4 ədəd müxtəlif markalı avtomat silahı, 2 tüfəng, 2 tapança, 8 qumbara, 3 alışdırıcı, 2 partlayıcı, 18 patron darağı, 1 930 ədəd müxtəlif çaplı patron, 7 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Paylaş:

Ən son xəbərlər