ATƏT-in “İnsan hüquqlarının və Beynəlxalq humanitar hüququn təmin olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən tədbirində Qərbi Azərbaycan İcmasının (QAİ) nümayəndə heyəti ilə Ermənistan nümayəndə heyəti arasında mübahisə baş verib.
Ermənistanın Avstriyadakı səfirliyinin əməkdaşı iclasın əvvəlində Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurası sədrinin müavini Kamal Cəfərovun tədbirdə icma nümayəndəsi kimi iştirakına mane olmağa çalışıb.
Diplomat daha sonra rəsmi İrəvandan gəldiyini iddia etdiyi etiraz məktubunu səsləndirib, ancaq təxribatı baş tutmadığı üçün demarş edərək iclas zalından çıxıb.
K.Cəfərov cavabında Qərbi Azərbaycan İcmasının heç bir ərazi iddiası olmadığını bəyan edib: