“Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyi Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmasını tələb edir.
Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Çernobıl Əlilləri İttifaqı”nın sədri Mirhəsən Həsənov deyib. O bildirib ki, Metsamor Atom Elektrik Stansiyasında baş verəcək qəza region dövlətlər və bəşəriyyət üçün böyük bir faciə ola bilər:
"Çernobıl faciəsinin 38-ci ildönümü ilə əlaqədar keçirdiyimiz bu tədbirdə biz bütün dünyaya, bəşəriyyətə səslənirik. Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti dayandırılmalıdır. Biz heç kimdən xahiş etmirik. Bu, tələbdir. Bu, region dövlətləri üçün çox böyük təhlükədir".
O xatırladıb ki, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın ləğvi işlərində iştirak etmiş insanların özləri ilə yanaşı, övladları da bu faciənin əzabını çəkirlər: