Aprelin 20-də ürəktutmasından vəfat edən Əməkdar artist Cavanşir Məmmədovla bağlı yazılan tənqid dolu şərhlər müğənninin sənət dostlarını da dilə gətirib. Pravda.az yenicag.az-a istinadla xəbər verir ki, müğənni Əli Mirəliyev dinimizdə ölünün dalınca danışmağın günah sayıldığını bildirib, bunu insanlığa sığışmayan hərəkət kimi dəyərləndirib:
"Ölüb, haqq dünyasına qovuşub, amma yenə də adamın ölüsündən əl çəkmirlər. Ayıbdır, yekə adamsız, ağızınızı qoymusuz Allah yoluna, boş-boş çərənləyirsiz. Yazığı o qədər əsəbləşdirdilər, o qədər canından bezdirdilər, hərəyə bir cavab verdi, axırda da ürəyi dözmədi. Bir anın içində, elə ayaqüstə bu dünyadan köçüb getdi.