Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Prosesdə mülki iddiaçı Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi çıxış edib. Bildirib ki, “Abad Şəmkir” və “Şəmkir Səbəti” sahibkarlıq müəssisələrinin üzərində yaranan borc iddiaları üzrə zərər ödənib. Nümayəndə mülki iddia üzrə obyektlərin üzərindən həbsin götürülməsinə etiraz etmədiyini açıqlayıb.
Alimpaşa Məmmədovun vəkili Camal Əliyev mülki iddianın geri götürülməsini əsas gətirərək əmlakların üzərinə qoyulmuş həbsqərarının ləğv edilməsini tələb edib.
Məhkəmə vəsatəti təmin etməyib. Hakim deyib ki, bu məsələyə hökmdə hüquqi qiymət veriləcək.