Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyevin TƏBİB-ə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi yekunlaşıb.
Nəsimi Rayon Məhkəməsində hakim Əfsanə Heydərovanın sədrliyi ilə keçirilən prosesdə iddiaçı qismində tanınan Rauf Nağıyev məhkəmə qarşısında keçmiş işinə bərpa olunma və əmək haqqının ödənməsi tələbi qoyub.