Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin olunub.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb. Sərəncama əsasən, Fərid Talətdin oğlu Bağırzadə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.