Dövlət Tərcümə Mərkəzi müsabiqə keçirmədən bir mənbədən satınalma metodu əsasında tərcüməçi və yazıçı Anne Thompson-Əhmədova ilə müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, ümumi dəyəri 2 618 manat olan müqavilənin şərtlərinə görə Anne Thompson-Əhmədova Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsudun 210 səhifəlik “Duyğular imperiyası” əsərini ingilis dilinə tərcümə edəcək.
Məlumat üçün bildirək ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında imzalanmaqla bərabər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə də həyata keçirilməyib.