"Rəşad mənim ilk övladımdır. Çox çətin zamanda, 1992-ci ildə dünyaya gəlib. "Fəryad" filmində bir yer vardı, xəstəxananı göstərirlər. Rəşad məhz həmin xəstəxanada dünyaya gəlib. O kinoya baxanda çox pis təsirlənirəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "7 Tamam" verilişində deyib. O, xəstəxanaya qədər yolun yarısını piyada getdiyini bildirib:
"Xəstəxananın içinə heç kimi buraxmırdılar. Bizim oraya çatmağımız isə çox çətin oldu. Yolun yarısına qədər bizi taksi apardı. Anam yanımda idi. Yolun yarısını ayaqla getməli olduq. O çətinliklərə baxmayaraq Rəşad dünyaya gələn gün sevinmək nə deməkdir, necə olur, onu həmin gün yaşamışam. Allah bütün xanımlara analıq duyğusunu nəsib eləsin".