Çoxtonnajlı maşının Xəzər dənizindən qum daşıması narazılığa səbəb olub.
Bununla bağlı video sosial şəbəkələrdə yayımlanıb.
Qeyd olunub ki, çoxtonnajlı maşınların dənizə girməsi çimərlik vaxtı ondan istifadə edəcək insanların həyatı üçün təhlükə yaradır və onların batmalarına səbəb olur.
Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanladıq.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev Oxu.Az-ın sorğusunu cavablandırıb.