Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlərlə kəsici-deşici alətlərin rayon ərazisində yerləşən mağazalarda satışını təşkil edən iki nəfər şəxs müəyyən olunaraq saxlanılıblar.