Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış 1 ədəd kompressor yanıb.
Bakıda restoranda yanğın: 3 nəfər tüstüdən zəhərləndi
FHN-dən bildirilib ki, yanğın zamanı 3 nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib.
Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.