Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda mənzildən 60 min manatlıq qızıl oğurlanıb, xidmətçi saxlanıldı

1 036
Paylaş:
Bakıda mənzildən 60 min manatlıq qızıl oğurlanıb, xidmətçi saxlanıldı

Nizami rayonu ərazisində mənzillərin birindən 60 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.

DİN-dən verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluğun həmin evdə xidmətçi işləyən qadın tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o saxlanılıb.

Onun həmin qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda evdən hissə-hissə oğurlaması məlum olub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Paylaş:

Ən son xəbərlər