Bankların mobil tətbiqi işimiz xeyli asanlaşdırıb. İstənilən şəxsin kartına qısa müddət ərzində əziyyət çəkmədən pul göndərə bilirik. Lakin kiçik diqqətsizlik bəzən kartın rəqəminin səhv yazılmasına və nəticədə pulun başqa karta köçürülməsinə səbəb olur. Bəs bu zaman nə etməliyik? Bank həmin pulu geri qaytarırmı?
Azərbaycan Banlar Asossiyasiyasının ekspreti Emil Rüstəmov bu halıın adətən kartın 16 nömrəli şifrəsini səhv yazanda olduğunu bildirib. Həmçinin qeyd edib ki, bəzən telefonun kart skayner funksiyası məlumatı düzgün oxumayanda da bu baş verir. Emil Rüstəmov bu barədə "İqtiasdi Zona" verilişinə danışıb: