Zaqatalada müştəri çayxana sahibini bıçaqlayıb.
Pravda.az Xəzər TV-yə istinadən bildirir ki, hadisə rayonun Qandax kəndində baş verib. Kafeyə hgələn müştəri, Qandax kənd sakini 38 yaşlı Tural Bayramovla çayxananı işlədən həmkəndlisi - 33 yaşlı Nurlan Muradov arasında mübahisə baş verib.
İddiaya görə, gecə saatları olduğundan kafeni bağlamaq istəyən sahibi müştərilərin çıxmasını tələb edib. Zərərçəkmişin atası deyir ki, bununla razılaşmayan müştəri Tural Bayramov mübahisə edib və evdən gətirdiyi bıçaqla Nurlan Muradova 10-dan çox bıçaq zərbəsi vurub.