Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Karantin yataqxanaları boşaldıldı

1 264
Paylaş:
Karantin yataqxanaları boşaldıldı

Türkiyədə koronavirusa görə vətəndaşların saxlandığı yataqxanalar tamamilə boşaldılıb.

Pravda.az xəbər verir ki, bu barədə ölkənin Gənclik və İdman naziri Mehmet Muharrem Kasapoğlu bildirib.

Qeyd edilib ki, bu günə qədər Türkiyənin 76 şəhərindəki yataqxanalarda ümumilikdə 77 min 441 nəfər karantinə alınıb.

Xatırladaq ki, Türkiyənin Səhiyyə Nazirliyinin koronavirus üzrə elmi şurası tərəfindən alınan qərara əsasən, artıq xaricdən bu ölkəyə gələn vətəndaşlar COVID-19-la bağlı yataqxanalarda karantinə alınmayacaqlar. Onlar hava limanlarında müayinə ediləcək və karantin müddətini evlərində keçirəcəklər.YeniSabah

Paylaş:

Ən son xəbərlər