"Mən heç vaxt imicini dəyişməmişəm, bu barədə düşünməmişəm. Xahiş ediblər ki, 10 dəqiqəlik parik taxım, düz 10 gün dil töküblər, məcbur olub razılaşmışam".
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Əli Mirəliyev illər sonra görünüşünün 180 dərəcə dəyişməsinə aydınlıq gətirərkən deyib.
Sənətçi bunun şou olduğunu əlavə edib:
"Bizimkilər yaxşı şeyi efirə verməz, nəyi mənfi görürlərsə, onu da gündəmə gətirirlər. Dedilər gəl belə bir şou edək, parik qoyanlar özlərini görsün. Mən də razı oldum. Zəng edib deyirlər belə daha gözəl görsənirsən. Həmin adamlar mənim cavanlığımı görməyiblər. Vaxtında məndən ötrü ölənlər olub. Dərdimdən dəli-divanə idilər. Yaraşıqlı oğlan idim".