Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib.
Pravda.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb.
Siyahıdan ləğv edilən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin idarə rəisləri, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi rəisinin müavini və departament rəisləri çıxarılıb, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisləri, Xidmətin Milli Qvardiyası komandanının birinci müavini daxil edilib.
Eyni zamanda siyahıya Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisləri və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin idarə rəisləri də daxil edilib.
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından isə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin vəzifəli şəxsləri çıxarılıb, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti üzrə aşağıdakı vəzifəli şəxslər daxil edilib: