Bu ilin yanvarında Binəqədi rayonundakı mebel sexində 10 nəfərin ölümünə səbəb olan partlayışa görə həbs edilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə ibtidai araşdırma davam edir.
Təqsirləndirilən şəxslər yenidən məhkəmə qarşısına çıxarılıblar. Prokuror seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən uzadılmasını xahiş edib.