Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev arasında görüş keçirilib.
Görüş zamanı Əhməd İsmayılov ölkəmizdə media sahəsində həyata keçirilən islahatların gedişatından danışıb, cəmiyyətin, eləcə də media subyektləri və jurnalistlərin sığorta sektoru ilə bağlı məlumatlılığının artırılmasının vacibliyini vurğulayıb.