Tanınmış iş adamı Fəxrəddin Fərhadovun oğlu Əlizamin Fərhadov bloger Aysel Şükür və Ramal İsayevdən şikayət edib. Demokrat.az-a daxil olan məlumata görə, Əlizamin Fərhadov şikayət ərizəsində qeyd edib ki, Aysel Şükür və Ramal Isayev onu ölüm həddinə çatdırıblar. İş adamının oğlu hətta intihara cəhd etdiyini bildirib.
Bundan əlavə o, Ramal Isayevin narkotik vasitələrdən istifadə etdiyini bildirib.
