Ədliyyə Nazirliyinin Notariat İdarəsinə yeni rəis təyin edilib. Qaynarinfo-ya daxil olan məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.
Nazirin müvafiq əmri ilə Süleymanov Anar Bahadır oğlu Notariat İdarəsinin rəisi - Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinin rəis müavini təyin olunub.