Bu gün vətəndaşların ən çox narazılıq etdiyi məsələ Azərbaycanda minimum əməkhaqqının 345 manat dəyərində az olmasıdır. İlk olaraq, bu məbləğ bir ailənin ehtiyaclarını qarşılamır. Bununla yanaşı vətəndaşlar bu məbləğ ipotekadan yararlanmaq istəyən ailələrə problem yaradır. Çünki minimum əməkhaqqı ilə vətəndaşlar ipoteka kreditlərindən yararlana bilmir. Bu baxımdan Azərbaycanda minimum əməkhaqqının məbləği il ərzində 500 manata çatdırıla bilər? Mövzu ilə bağlı Sonxeber.az-a danışan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib ki, Azərbaycanda bu gün minimal əməkhaqqının 345 manat dəyərindədir və bu məbləğ az olduğu üçün artırılmalıdır:
"Azərbaycan Respublikasının Konstitusiyasına görə, bizim qoşulduğumuz beynəlxalq müqavilələr Azərbaycanın qanunvericiliyi aktları sayılıb. Bu müqavilələr bizim milli hüquq sistemimizə daxildir. Əvvəla Azərbaycan 1992-ci ildən "İqtisadi sosial və mədəni hüquqlar haqqında " beynəlxalq pakta qoşulub. Həmin paktın 7-ci maddəsinə görə şəxsin əməkhaqqısı onun və ailəsinin layiqli həyat tərzini təmin etməlidir. Eyni zamanda Azərbaycan 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşulub. Həmin xartiyanın dördüncü maddəsinin birinci bəndinə əsasən, layiqli əməkhaqqı ölkə üzrə orta əməkhaqqının 60 faizindən az olmamalıdır".