Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

"Sophistic agency" əmək hüquqlarını pozub - PROTOKOL

1 253
Paylaş:
"Sophistic agency" əmək hüquqlarını pozub -     PROTOKOL

"Sophistic agency" MMC-yə inzibati protokol yazılıb.

Pravda.az xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanovanın icraatındadır. Baxış iclası mayın 13-də keçiriləcək.

Xəyal Quliyev

Paylaş:

Ən son xəbərlər