Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Türk Dövlətləri Autizm Federasiyasının Bakı konfransı keçirildi - FOTOLAR

1 191
Paylaş:
Türk Dövlətləri Autizm Federasiyasının Bakı konfransı keçirildi -       FOTOLAR

Aprelin 30-da Bakıda Hyatt Regency otelində Türk Dövlətləri Autizm Federasiyasının Bakı konfransı keçirilib.


Pravda.az xəbər verir ki, konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Autizm təşkilatlarının nümayəndələri iştirak edib.


Konfransda TDAF-ın prezidenti Elnur Məmmədli hesabatla çıxış edib və digər ölkələrin nümayəndələri fəaliyyətləri barədə qısa məlumat verilib.


Konfransın gündəliyində Rusiya Federasiyasının Tatarıstan Respublikası və Türkmənistan Autizm təşkilatlarının TDAF - a üzv seçilməsi, prespektivdə olan işlər barəsində, hesabatlar, qarşılıqlı fəaliyyət protokolunun imzalanması və seçki məsələsi öz həllini tapıb.


Milli Məclisin deputatı Vüqar İskəndərov yekdilliklə Türk Dövlətləri Autizm Federasiyasının fəxri prezidenti seçilib.


Qeyd: 1-2 may tarixlərində təşkilatın beynəlxalq sərgisi və konfransı keçiriləcək.

Paylaş:

Ən son xəbərlər