Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Nəfəs: İllərlə kirayə qaldım... - VİDEO

1 826
Paylaş:
Nəfəs: İllərlə kirayə qaldım... -       VİDEO

Nəfəs ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Məmmədli "Mirinin dibçəyi" verilişində aldığı ilk evindən söz açıb.



Pravda.az bizim.media-ya istinadla xəbər verir ki, o, illərlə kirayədə qaldığını deyərək ən böyük arzusunun 5 otaqlı mənzil olduğunu bildirib:


"Uzun müddət ailəmlə kirayələrdə qaldım. Ev almaq istəyirdim. Bu sənətə yenicə başlayanda o qədər də pul qazanmırdım. Pulumu üst-üstə yığan qız idim. Öz ayaqlarım üzərində durmaq istəyirdim.


Zamanla yığdığım o pullarla özümə kiçik bir ev aldım. O ev isə mənim üçün çox uğurlu oldu. Mənim üçün ən bahalı evdir. Çünki orada ailəmlə, uşaqlarımla birgə yaşayıram. Onlar gözümün önündədirlər. İnşallah, nə vaxtsa böyük evim də olar.


Çox istəyirəm ki, 5 otaqlı evim olsun və orada hər bir ailə üzvümün ayrıca otağı olsun. Uşaqlarımın, anamın, bacı-qardaşlarımın". 


Paylaş:

Ən son xəbərlər