Xəbər verdiyimiz kimi, bu gün Nigar Rüstəmli TƏBİB-in Korporativ əməkdaşlıq və tibbi turizm şöbəsinin rəhbəri təyin edilib.
Pravda.az Bizim.Media-ya isitinadən Nigar Zahid qızı Rüstəmlinin dosyesini təqdim edir:
O, 24 noyabr 1989-cu ildə Bakı şəhərində anadan olub.
2007-cı ildə Nəsim rayonu A.Novruzbəyli adına 46 nömrəli Azərbaycan, rus, yəhudi dilli, ümumtəhsil müəssisəsində orta təhsilini başa vurub.
Məktəbin ictimai həyatında aktiv iştirak edib, bunun nəticəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Almanyanın Berlin şəhərində, daha sonra istisna məktəbli kimi, "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin təşkilatının” avropanın bir çox şəhərlərində, parlamentlərində təşkil olunmuş tədbirində iştirak edib, ölkəmizin təbliğatı, Qarabağ həqiqətləri ilə bağlı çıxışlar edib.
2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai sinif müəllimliyi fakültəsinə qəbul olub, 2009-cu ildən təhsil müddətimdə "Sağlam Ailə” Tibb Mərkəzində qeydiyyatçı vəzifəsində işə başlayıb. Daha sonra baş həkim köməkçisi, mətbuat katibi, ictimaiyyətlə əlaqələr və marketinq departamenti, müştəri xidmətləri və kommunikasiya departamenti rəhbəri, adminstrativ işlər üzrə direktor müavini, icraçı direktoru və tibb mərkəzləri şəbəkəsində idarə heyətinin üzvü olub.
Nigar Rüstəmli 2012-2015-ci illərdə Ukrayna Regionlararası Heyətin İdarəolunması Prezident Akademiyasının Beynəlxalq siyasi əlaqələr fakültəsində təhsil alıb. Təhsil aldığı müddətdə "Ukrayna Azərbaycanlı Gənclər Birliyinin”nin üzvü, ölkəmizin tarixi, mədəniyyətinin təbliği ilə bağlı bir çox tədbirlərin təşkilatçısı və iştirakçısı olub.