Vətən müharibəsi qazisi Amin Musayev ilk dəfə ermənilərə əsir düşdüyü yerdə olub.
İkinci Qarabağ müharibəsinin qızğın döyüşlərindən birinin getdiyi Şuşa-Xankəndi istiqamətində ağır yaralanan Amin həmin anları xatırlayıb:
“Yerimi dəyişəndə güllə yarası aldım. Qışqırıb döyüş yoldaşıma dedim ki, yaramı bağla. Söylədi ki, əlimi qabağa gətirə bilmirəm. Kürəyi qəlpə ilə dolu idi. Döyüşyoldaşıma dedim ki, mənim üçün bir dənə siqaret yandır. Elə bildim ki, ölürəm. Siqareti çəkib özümdən getdim. Ayılanda gördüm ki, yanımda şəhid var. Başımı onun üstünə qoyub yatdım”.
A.Musayev əsir götürüldükdən sonra başına gətirilən dəhşətlərdən də danışıb: