Müğənni Mətanət Əsədova ona sosial şəbəkədə hədə-qorxu və təhqir yazan şəxsdən söz açıb.
Pravda.az bizim.media-ya istinadən bildirir ki, "Xəbərin var?" maqazin verilişində qonaq olan sənətçi bildirib ki, həmin şəxsi hüquq mühafizə orqanlarının köməyi ilə taparaq məsuliyyətə cəlb edib.
"Bu hadisə çoxdan olub. O şəxs uşaq idi. 19-20 yaşı vardı. Onun üzünə baxanda əxlaqdan və tərbiyədən başqa nə desən var. O haqqımda sosial şəbəkələrdən paylaşımlar edərək şərh bölməsinə "Mən Mətanəti tanıyıram... Bilirsiniz o kimdir? Mən Mətanətin filankəsənini tanıyıram...". Söyüşün biri bir qəpikdən. Necə təhqirlər yazmışdı... Ona 10 dəqiqə vaxtımı ayırdım. Hüquq mühafizə orqanları onu tapdılar. Məhkəmə oldu. Onlara vaxt verdim. Uşaq məhkəməyə gəlib. Bir dəfə o məhkəyə gəldim və haqqına istədiyimə nail oldum. Qayda-qanundan kənara çıxmadım. Nə lazımsa onu da etdim. Ona vaxt verib söylədim ki, "Sənin bütün işin əlimdədir. Səni bağışlaya da, sənə qarşı da gedə bilərəm. Səni bu işlərə kim cəlb edib. Ad ver...", - deyə Mətanət vurğulayıb.
Bu anda Mətanətin mikrofonu efir rejissoru tərəfindən söndürülüb.