Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Kəlbəcərdə ağır qəza: bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - YENİLƏNDİ

1 488
Paylaş:
Kəlbəcərdə ağır qəza:   bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - YENİLƏNDİ

Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçu Əhmədov Fuad Cəlal oğlu vəfat edib.

Bu barədə Pravda.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçular həkimlərin nəzarəti altındadır.

"Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır", - deyə MN-dən bildirilib.

***

13:28

Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə rayonun Qozlukörpü kəndi ərazisində baş verib. 

Belə ki, VAZ-2115 markalı avtomobil ilə DAF markalı yük maşını toqquşub. 

Hadisə nəticəsində minik avtomobilində olan beş nəfər xəsarət alıb. Onların hərbçi olduğu bildirilir. Yaralılar hospitala yerləşdiriliblər. 
Faktla bağlı araşdırma aparılır./oxu.az

Paylaş:

Ən son xəbərlər