"Bu gün Azərbaycanda 7-dən 77-yə hər kəsdə Məhəmməd Əmin Rəsulzadənin, Müsavatın ruhu var. Rəsulzadə Azərbaycan xalqının şərəfli keçmişidir. O, bu millət üçün öz ailəsini qurban vermiş gerçək dövlət adamıdır. Ruhu daim şad olsun".
Musavat.com bildirir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal Müsavat Partiyasının XI qurultayında deyib.