Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Astarada velosipedçi körpüdən çaya düşərək ölüb

860
Paylaş:
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb

Astarada bədbəxt hadisə baş verib.

Hadisə axşam saatlarında Astara rayonunun dağlıq kəndi olan Pəlikeşdə baş verib.

Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə hərəkətdə olarkən körpü üzərində müvazinətini itirərək Şümrüd çayına düşüb.

Olman Şükürov aldığı xəsarətlərdən ölüb. Onun meyiti kənd sakinləri tərəfindən çaydan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, sözügedən körpünün hündürlüyü 6-7 metr, uzunluğu 3-4 metrdir.

Faktla bağlı araşdırma aparılır./APA

Paylaş:

Ən son xəbərlər