“Birinci həyat yoldaşımla 10 il yaşadım. Onunla ayrılandan bir il sonra ikinci dəfə ailə qurdum. Bu ərəfədə də mənim birinci ərim, həmkarım Sevda Əliqizı ilə ailə qurdu. Birinci ərim gördü ki, mən başqa bir kişi ilə ailə qurmuşam, o da bu cür addım atdı. Birinci ərim çox gözlədi məni. Anası düşündü ki, bu məndən ayrılandan sonra kənar yerə gedəcək. Ona görə dedi ki, qohumla evlənsin, amma uzağa getməsin, yanımda qalsın. Qohumu ilə evlənsə də o, xalama zəng vurub deyirdi ki, Ruhəngizsiz qala bilmirəm”. Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Musəvi verilişlərin birində deyib.
Sənətçi bildirib ki, birinci həyat yoldaşı ilə ayrılandan sonra qızına görə onunla yenidən barışıb:
“Birinci həyat yoldaşım məndən ayrılmaq istəmirdi. Uşağıma görə onunla barışdım. Onun özünə də dedim ki, qızıma görə səninlə barışıram. Amma gördüm ki, bizdə alınmır... O insan məni həddən artıq çox istəyirdi və sevirdi. İnsanlar itirəndən sonra insanın qədir-qiymətini bilirlər”.