Cari il yanvarın 18-də Şəmkir rayonunun Dəllər-Cəyir kəndi ərazisində 1973-cü il təvəllüdlü Elsevər Əkbərliyə xəsarətlər yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Şəmkir rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla 2007-ci il təvəllüdlü Umud Cəfərovun qeyd edilən kənd ərazisində təşkil olunmuş kiçik toy məclisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elsevər Əkbərliyə sonuncunun qardaşının gözü qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.