Xəbər verdiyimiz kimi, ötən gecə paytaxtın Nizami rayonunda yerləşən şadlıq saraylarının birinin qarşısında avtomobil 2 qadını vurub, nəticədə onlardan biri dünyasını dəyişib. “Qafqazinfo”nun məlumatına görə, qəzada vəfat edən 1961-ci il təvəllüdlü Gülarə Əfəndiyeva təhsil sahəsində tanınmış şəxs imiş. Uzun illər pedoqoji fəaliyyət göstərmiş G.Əfəndiyeva 2012-2024-cü illərdə Bakı Modern Təhsil Kompleksinin direktoru vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl vəzifədən azad edilibmiş.
Qəzada ağır xəsarət alan Kəmalə Bağırovanın da həmin təhsil kompleksində çalışdığı bildirilir.