Sabiq mədəniyyət naziri Əbülfəz Qarayev və onun ətrafındakı söz-söhbətlərin, qalmaqalların ardı-arası kəsilmir.
İndi isə bir neçə gün əvvələ qədər Əbülfəz Qarayevin rəhbəri olduğu Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətovun jurnalistlər üçün ayrılan binalardan iki ev alması haqda məlumatlar yayılıb.
Bildirilir ki, Dövlət Təhlükəsizlik Xidməti nazirlikdə əməliyyat keçirən zaman İntiqam Hümbətov da məhz buna görə saxlanılaraq dindirilib və sonradan sərbəst buraxılıb.
İ.Hümbətovun jurnalistlərin binasından iki ev alması ilə bağlı məlumatlar yayılan zaman onunla əlaqə saxlayıb. Dəqiqləşdirilib ki, İ.Hümbətov ailə həyatı quran zaman nazir Əbülfəz Qarayev ona ev bağışlayıbmış.
İ.Hümbətov barəsində deyilən fikirlərə münasibət bildirmək istəməyib. O, jurnalistlərin binasından iki ev alması, nazirin ona mənzil bağışlaması haqda danışmaqdan imtina edib. Ancaq məlumatı təkzib də etməyib.