Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayevin ölümü ilə nəticələnən qəza barədə cinayət işi açılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.
Bildirilib ki, hadisə dünən sübh vaxtı Bakı-Qazax magistralının 289,4-cü kilometrliyində baş verib. Müşfiq Abdullayev Gəncədəki evindən çıxaraq “Lexus” markalı 10-MA-133 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı istiqamətinə hərəkət edib. Saat 06:15-də avtomobil Yevlax rayonu ərazisində hərəkətdə olarkən onun idarəetməsindən çıxaraq aşıb. Nəticədə M.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.