Havaların isinməsi tikinti bazarında canlanma yaradıb. Əməkdaşlarımız ın müşahidələr belə deməyə əsas verib. Satıcıların sözlərinə görə bəzi məhsulların ucuzlaşması bunda öz rolunu oynayır.
Son günlər tikinti materialları bazarında canlanma yaşanır. Havaların getdikcə isinməsi bu sahədə alıcı sayını artırıb. Satıcılar deyir ki, bəzi məhsulların qiyməti düşüb. məsələn rusiyadan gətirilən taxta əvvəlki aylarla nisbətdə ucuzlaşıb.
Armaturların qiymətlərində də enmə var. diametr12 milli metr k armatur 60 qəpik, 14-lük isə 80 qəpiyə təklif edilir. Əvvəl isə qiymətlər 70 qəpik və 90 qəpik idi. 1 kisə sementin qiyməti isə 5 manat 50 qəpikdən başlayır və 6 manata qədər davam edir. yəni qiymət bir neçə aydır ki dəyişməyib.
Təmir materiallarına gəldikdə isə, son günlər tavan lövhələrinin alıcıları artıb.