Futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” - “Qəbələ” matçında baş verən hadisə Gəncə Şəhər Baş Polis İdarəsində araşdırılır. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
“Gəncə şəhərində yetkinlik yaşına çatmayan şəxslər arasında keçirilən futbol oyunu zamanı baş vermiş hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Tezliklə məsələ öz hüquqi qiymətini alacaq və bu barədə əlavə məlumat veriləcək”, - deyə DİN rəsmisi söyləyib.