Müğənni Rəvan Qarayev qonaq olduğu "Həmin Zaur" verilişində aparıcı Zaur Kamalla 50 min manatlıq mərcə girib.
Aparıcı bildirib ki, sənətçi "Ay Zaur" verilişinin çəkilişi zamanı günü 300-400 manata olan ev kirayələyib və bu əmlakın onların özlərinə aid olduğunu iddia edib.
Rəvan isə vurğulayıb ki, evi kirayəyə götürməyiblər: "Bilirsən ki, düz danışanam. Əslində axırıncı çəkiliş öz evimizdə aparılıb. Evin çıxarışı yoxdur, müqavilə sənədi var. Amma torpağın çıxarışı var, göstərə bilərəm. Nədən istəsən mərc edə bilərik".