Bir çox şərhçi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövzulardan danışarkən ikinci dərəcəli, daha dəqiq desək, müşayiətçi amillərə böyük diqqət yetirir. Onların arasında danışıqlar aparan qrupların formatı və tərkibi, görüşlərin yeri, növbəti görüş üçün “xoş xidmət” təmin edən ölkələrin motivasiyası və s. var.
Bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd edib.
O bildirib ki, bununla belə, bütün bu rəngarəngliyin arxasında əsas sual kölgədə qalır – iki ölkə arasında gələcək sərhəd məsələsi:
“Ermənistan öz ərazisinin Rusiya imperiyasının və onun bolşevik klonu olan SSRİ-nin ekspansiyasının əvvəlindəki “pik” vəziyyətinə iddia edir. Eyni zamanda o:
- qonşulara münasibətdə genişlənmə siyasətinin hüquqi və ideoloji əsaslarından əl çəkmir;
- Azərbaycana qarşı silahlı təcavüzə görə siyasi və mənəvi məsuliyyətdən imtina edir;