Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Dini tədbirlərin keçirilməsinə icazə verildi: 100 nəfər toplaşa bilər

1 441
Paylaş:
Dini tədbirlərin keçirilməsinə icazə verildi:     100 nəfər toplaşa bilər

ABŞ-ın Kaliforniya ştatının rəhbərliyi tərəfindən pandemiya dövründə kütləvi dini tədbirlərin keçirilməsini nəzərdə tutan tövsiyələr hazırlanıb.

Pravda.az-ın xəbərinə görə, sözügedən tədbirlər zamanı müvafiq ayinlərin yerinə yetirilməsi zamanı maksimum 100 nəfər toplaşa bilər.

Tövsiyələrə görə, açıq havada keçiriləcək mərasimlərdə oturacaqlararası məsafənin azı 2 metr olması mütləqdir.

Bundan əlavə, virusun hava damcı yolu ilə daha sürətlə yayılma təhlükəsi səbəbindən xor ifalarına, o cümlədən dini ədəbiyyatların və yaxud ritualların icrası ilə əlaqəli digər əşyaların mübadiləsinə icazə verilmir.

Paylaş:

Ən son xəbərlər