Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

İki tələbə göldə boğularaq öldü - FOTO - YENİLƏNDİ

1 463
Paylaş:
İki tələbə göldə boğularaq öldü -    FOTO - YENİLƏNDİ

Prokurorluq tələbələrin ölümü ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Naxçıvan şəhəri ərazisində yerləşən bazar gölündə iki nəfər şəxsin - 2005-ci il təvəllüdlü Mehrəliyev Əli Şahin oğlu və 2006-cı il təvəllüdlü Zəkəriyayev Fəttah Eyvaz oğlunun suda boğularaq ölmələri faktı üzrə Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.

***

12:17

Naxçıvan şəhərində iki nəfər göldə boğularaq ölüb.

Hadisə dünən gecə saatlarında baş verib.

Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hər iki gəncin Naxçıvanda təhsil aldıqları bildirilir. Onlar Naxçıvan Dövlət Universitetinin tələbələri olub./APA

Naxçıvanda 2 tələbə göldə boğularaq ölüb - FOTO

Naxçıvanda 2 tələbə göldə boğularaq ölüb - FOTO

Naxçıvanda 2 tələbə göldə boğularaq ölüb - FOTO

Paylaş:

Ən son xəbərlər