Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin bu gün Fəxri Xiyabanı ziyarəti zamanı geyimi diqqət çəkib.
Pravda.az Demokrat.az-a istinadən xəbər verir ki, bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyidir. Bu münasibətlə Azərbaycanın hökumət və dövlət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyublar.
Ziyarətçilər sırasında yer alan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbirə qalstuksuz geyimdə qatılıb. Nazirin bahalı brend olan "Stefano Ricci"dən geyimi ətrafdakı insanların da diqqətini çəkib.

