“Azərbaycan Xalq Partiyası (AXP) parlament seçkilərində iştirak etməyə hazırlaşır”. Bunu “AzPolitika”ya açıqlamasında adıçəkilən partiyanın sədri Pənah Hüseyn bildirib. O, qeyd edib ki, hazırda partiyada namizədlərin dəqiqləşdirilməsi prosesi davam edir.
“Mən özüm 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən namizədliyimi irəli sürəcəyəm” – deyə, P. Hüseyn bildirib.
Qeyd edək ki, 2020-ci il 9 fevralda keçirilmiş növbədənkənar seçkilərdə Sabirabad-Şirvan seçki dairəsi mövcud olmayıb. Bu dairə Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin sentyabr ayında keçirilən iclasında seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi nəticəsində yaranıb.