Saatlıda marixuana qəbul edib taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.
DİN-dən verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı avtomobilin dövlət qeydiyyat nişanlarına və konstruksiyasına dəyişiklik edən, çoxavazlı səs siqnalı quraşdıran, sərxoş vəziyyətdə və müvafiq sənədləri olmadan avtomobil idarə edən 45 sürücü müəyyən edilib.