Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbov ailəsinin fotolarını paylaşıb. Pravda.az qafqazinfo-ya istinadən xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anım günündə paylaşılan ailə şəkillərində V.Talıbov xanımı, oğlu və nəvəsi ilə görüntülənib.
Sabiq sədrin ailəsi fotonu Heydər Əliyevin qarşısına gül dəstələri qoyulan portreti önündə çəkdirib.