Hacıqabul rayonu, Navahı qəsəbəsində, magistral yolun kənarında yerləşən "Nur" adlı restoranda xanım müştərinin çantasından pulları oğurlayan xadiməyə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, hadisə 28 dekabr 2023-cü il tarixdə baş versə də, məhkəmə işi iki gün əvvəl yükunlaşıb.
Belə ki, Zərnitac Cümşüdova adlı qadın Səhiyyə Nazirliyində işləri ilə əlaqədar tanışı Hüsaməddin Əliyevin avtomobili ilə Bakı şəhərinə gəlib. Həmin gün saat təxminən 15 radələrində Navahı qəsəbəsi ərazisində yerləşən "Nur" adlı restoranında çay içiblər. Zərnitac restoranın sanitar qovşağında əl çantasını unudaraq Bakıya gəlib. Paytaxta çatana yaxın əl çantasını sözügedən restoranda unutduğunu bilib. Bu səbədən restorana zəng edib. Ona bildiriblər ki, çanta xadimə tərəfindən tapılaraq administratora təhvil verilib.
Zərərçəkmiş qadın Bakıda işlərini gördükdən sonra "Nur" restoranına yollanıb və çantanı ona təhvil veriblər. Elə hər şey isə bundan sonra başlayıb. Belə ki, qadının çantası qaytarılsa da, içərisindəki 1000 manat və 1,87 manat ekvivalentində 100 rus rublu olmaqla, 1001,87 manat nağd pul vəsaitinin olmadığı məlum olub.

