Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Qurban Yetirmişlidən Lənkəranda baş verən zəlzələ barədə MÜHÜM AÇIQLAMA

1 313
Paylaş:
Qurban Yetirmişlidən Lənkəranda baş verən zəlzələ barədə    MÜHÜM AÇIQLAMA

Lənkəran rayonunda qeydə alınan zəlzələdən sonra afterşoklar - xırda təkanlar ola bilər.

Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

"Güclü təkan artıq geridə qalıb, əhali təşvişə düşməsin", - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycanın Talış dağlıq zonasında, Lənkəran rayonu ərazisində 5,2 maqnitudalı zəlzələ olub. Yerli vaxtla 17:23-də baş verən yeraltı təkan 18 km dərinlikdə qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda isə 5-3 bala qədər hiss olunub./Report

Paylaş:

Ən son xəbərlər