Keçmiş arvadı və onun sevgilisi ilə eyni evdə yaşayan kişi qatil oldu.
Şaiqlə Rəna (Adlar şərtidir) ailə həyatı qurduqdan iki il sonra aralarındakı məişət mübahisələri səbəbindən boşanıblar.
Onlar rəsmi olaraq ayrılsalar da, bir evdə yaşayırdılar. Nikah müddətində şəxsi pulla aldıqları əmlakı bölüşdürmək üçün məhkəməyə müraciət etsələr də, hər iki tərəf qərardan razı qalmadığı üçün məhkəmə prosesi davam etdirilib.
Bir gün Rənanın sevgilisi Kənanı Şaiqlə yaşadığı evə gətirməsi onların arasında gərginliyin yaranmasına səbəb olur. Şaiq bir tərəfdən Rəna ilə rəsmən boşandıqlarını və onun öz həyatını təkbaşına qurmaq hüququ olduğunu anlayırdı, digər tərəfdən isə Rənanın onunla birgə yaşadığı mənzilə sevgilisini gətirməsi ilə barışa bilmirdi.
Axşam Şaiq işdən evə qayıdır. Bu dəfə heç bir reaksiya vermədən sakitcə mənzilə daxil olur. Rəna ilə Kənan da ona bir söz belə demirlər.